Aparıcı Zaur Kamal öz verilişində şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.
Oxu.Az-ın publika.az-a istinadən verdiyi məlumata görə, aparıcı ər və arvadın küsülülüyünə həsr olunmuş verilişində özündən danışıb:
“Xanımım məndən küsəndə deyirəm ki, çay gətir. Sonra deyirəm mürəbbə gətir. Belə buyura-buyura evin içində fır-fır fırlatmışam. Yoxsa ki, saçına sığal çək, ətir, çiçək al – belə söhbətlər nəyə lazımdır eee... Xanımın küsdüsə, dərhal buyur, evin içində fır-fır fırlat”.