Zaur Kamal yeni layihə üzərində çalışır.
Oxu.Az məlumat verir ki, Xəzər telekanalında yayımlanan “Ay Zaur” verilişi və 100.5 FM-dəki fəaliyyəti ilə tanınan aparıcı Zaur Kamal modellərlə bağlı yeni layihə ilə ekranlara gəlməyə hazırlaşır.
Aparıcı bu haqda “Telemaqazin” verilişinə müsahibəsində danışıb:
“Layihədə oğlan və qız modellər iştirak edəcək. Veriliş üçün saç stilimi də dəyişmişəm. Hazırda layihənin nədən ibarət olduğunu deməyə icazə vermirlər. Amma burada məni model kimi də tanıyacaqsınız. Proqram fevralın ilk həftəsi efirə gedəcək”.
Aytən Sadıqzadə
www.oxu.az