ATV-də yayımlanan “Məni yarımdan soruş” verilişinin növbəti buraxılışı başa çatıb.
Oxu.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, aparıcılığını Zaur və Günay Baxşəliyevlərin etdiyi verilişdə daha bir ailə avtomobil sahibi olub. Belə ki, 1 ay ərzində yarışan Ramil-Nuridə və Nurəddin-Amaliya cütlüyü finala qalıb. Tapşırıqların öhdəsindən məharətlə gələn Ramil və Nuridə avtomobil qazanıblar.
Nurəddin və Amaliyaya isə televizor hədiyyə olunub.
Qeyd edək ki, verilişin yaradıcı heyəti də qardaş ölkədən gətirilib. Yarışma dünyanın 36 ölkəsində “My man can” (“Mənim yoldaşım bacarar”) adıyla ekrana gələn məşhur verilişin Azərbaycan versiyasıdır. “Məni yarımdan soruş” hər həftənin bazar ertəsi 21:00-da ATV kanalında yayımlanır.