Rusiyalı müğənni Zemfira Litvada konsert zamanı kobud şəkildə zaldakı Ukrayna bayraqlarının yığışdırılmasını tələb edib.
Oxu.Az korrespondent.net-ə istinadən bildirir ki, müğənninin bu sözlərindən sonra onun bəzi fanatları zalı tərk etməyə başlayıblar.
“Mən Rusiya vətəndaşıyam. Biz hazırda Litvadayıq. Mən sizdən xahiş edirəm, mən sizdən xahiş edirəm, ***** siz öz vətəninizi sevirsiniz, mən də öz vətənimi sevirəm”, - deyə Zemfira vurğulayıb.