İyl
2017
11:13
16
115
9848
Virtual karabakh

Əməkdar artistin qəfil ölümündə şübhə izləri... – İDDİA

5 İyl, 2017
11:13
9848

Əməkdar artistin qəfil ölümündə şübhə izləri... – İDDİA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Düzdür, son zamanlar atamın çox problemləri var idi. Ürəyi ağrıyırdı, belindən əməliyyat olunmuşdu. Bu gün səhər də evdə idi. Özünü pis hiss etməyə başladı və hər şey bir anda oldu. Onu itirdik...”

Oxu.Az-ın məlumatına görə, bu sözləri dünən səhər dünyasını dəyişən aktyor Telman Əliyevin oğlu Vüqar Əliyev Teleqraf-a açıqlamasında deyib.

Mərhum aktyorun oğlu bildirib ki, atasının ölüm səbəbi hələlik bəlli deyil: “Atamın ölüm səbəbi bizim üçün naməlum qalıb. Sabah onu Xırdalandakı qəbiristanlıqda torpağa verəcəyik, yas mərasimini isə yaşadığı evin həyətində - avtovağzalın yaxınlığında qəsəbəyə giriş arkasından içəri məhlədə təşkil edəcəyik”.

Qeyd edək ki, adının çəkilməsini istəməyən, lakin ADMİU ilə birbaşa əlaqəsinin olduğunu iddia edən bir şəxs redaksiyamıza zəng vuraraq, Telman Əliyevin, əslində, ADMİU-nun rəhbərliyi ilə problemi olduğunu və bunu ürəyinə saldığını bildirib: “Bir neçə gün öncə universitet rəhbərliyi tələbələrdən birinin Telman Əliyevin nəzarəti altında hazırladığı tamaşaya baxıb. Tamaşanı bəyənməyən rəhbərlik dərhal “Telman gəlsin, ərizəsini yazsın!” deyib. Telman Əliyev də bu səbəbdən ürəyində narahatlıq yaşayıb”.

Həmin şəxs bildirib ki, son günlər Telman Əliyev şəxsən özü universitetdə baş verənlərin ona pis təsir etdiyini və bu səbəbdən tez-tez ürəyinin ağrıdığını söyləyib: “Tez-tez mənə deyirdi ki, ürəyim ağrıyır. Universitetdə məni çox incidirlər. İndi biləndə ki, onu dəqiq çıxarmaq istəyirlər, çox fikir çəkib və infarkt keçirib”.

Aktyorun oğlu Vüqardan aldığımız xəbərə görə isə Telman Əliyevin çalışdığı universitetdə heç bir problemi olmayıb.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri