Apr
2018
18:37
907
69
17989
Virtual karabakh

Ata olan İlkin Həsəni: İllərdir bu günü gözləyirdim – FOTO – YENİLƏNİB

3 Apr, 2018
18:37
17989

Ata olan İlkin Həsəni: İllərdir bu günü gözləyirdim – FOTO – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, aparıcı İlkin Həsəni qız atası olub.

Oxu.Az xəbər verir ki, o, qızı ilə fotosunu “Instagram” hesabında paylaşıb.

Aparıcı paylaşımına “Həyatıma xoş gəldin, qızım! İnanılmaz hisslərdir, Allah olmayanlara qismət eləsin!” sözlərini yazıb.

14:27

Tanınmış aparıcı İlkin Həsəni ata olub. Onun qızı dünyaya gəlib.

Oxu.Az-a təəssüratlarını bölüşən Həsəni “Sevincliyəm, illərdir bu günü gözləyirdim. Bir şeyi gözləyirsən və sonda o arzuna çatırsan. Bu, xoşbəxtlikdir”, - deyə bildirib.

Aparıcı deyib ki, 16 gün öncə atalıq sevincini yaşayıb:

“Martın 18-i dünyaya gəlib. Həkim nəzarətində idi. Şükürlər olsun ki, hər şey yaxşılığa doğru gedir”.

Qeyd edək ki, aparıcı övladının adını Alisa qoyub. İlkin ötən il Aysel adlı xanımla ailə həyatı qurub.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri