22 
İyn
2018
18:20
54
871
19295
Virtual karabakh

Hacı Nuran: Analizə gəlmişdim, şiş tapıldı – FOTO/VİDEO – YENİLƏNİB

22 İyn, 2018
18:20
19295

Hacı Nuran: Analizə gəlmişdim, şiş tapıldı – FOTO/VİDEO – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, ötən gün aparıcı, “Həyat” Fondunun rəhbəri Hacı Nuran Hüseynov xəstəxanaya yerləşdirilib.

Analizlər nəticəsində məlum olub ki, onun ağciyərində onkoloji şiş var.

Bu barədə Oxu.Az-a açıqlama verən Hacı Nuran bildirib ki, müalicə üçün Almaniyaya getməlidir:

“Neçə vaxtdır hiss edirdim ki, nəsə problem var. Ancaq həkimə gəlmirdim. Qan analizi etdirməyə gəldim, onkoloji şiş tapıldı. Dünəndən kimdən soruşuram mənə deyir ki, hər şey yaxşıdır. Axırda həkimimə dedim ki, mən bilmək istəyirəm, mənə nə olub. O, isə nəticəni məndən gizlətmədi”.

Onu da bildirək ki, aparıcı müalicə aldığı xəstəxanada əməliyyat olunmaq istəsə də, həkimi buna etiraz edib.

“Mən sizi əməliyyat edə bilərəm, lakin əməliyyatdan sonrakı proseslər üçün mütləq şəkildə Almaniyaya getmək lazımdır”, - deyə həkim bildirib.

O qeyd edib ki, Nurana uzun müddətli kimyaterapiya lazım olacaq. Onun ağciyərindən götürülən şiş əməliyyatdan sonra əkilməlidir:

“Ümid edirik ki, yaranan bu şiş köhnə xəstəliyin əlaməti deyil və hər hansı ağciyər infeksiyasından irəli gələrək yaranıb. Bunun təyin edilməsi üçün isə əməliyyatdan sonra biopsiya olunmalıdır”.

Qeyd edək ki, özəl hospitalların birində müalicə alan Nuranı ziyarət edənlərin sayı-hesabı yoxdur. Onunla görüşə aparıcılar, məşhurlar və müxtəlif sahədən olan iş adamları gəlir.

14.58

Dünən təcili olaraq xəstəxanaya yerləşdirilən aparıcı, “Həyat” Fondunun rəhbəri Hacı Nuran Hüseynovun ağciyərində onkoloji şiş tapılıb.

Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə aparıcının köməkçisi Məsim məlumat verib: 

“Hacı Nuranı Almaniyaya aparmağa hazırlaşırıq. Səhhəti pisləşmişdi, immuniteti aşağı düşmüşdü. Analizlər çıxanda öyrəndik ki, ağciyərində 5 sm onkoloji şiş tapılıb. Bazar günü Almaniyaya gedəcəyik, müalicəsini orada davam etdirəcək. İnşallah onu sevənlərin duaları tezliklə sağalmasına kömək edər”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri