13 
İyl
2018
10:30
180
265
23211
Virtual karabakh

Azərbaycanlı aktyor: İmam kimi görünməklə deyil, əsas yorğan altdakı mövzulardır

13 İyl, 2018
10:30
23211

Azərbaycanlı aktyor: İmam kimi görünməklə deyil, əsas yorğan altdakı mövzulardır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Subaylar” rubrikasının budəfəki qonağı Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin məzunu, 27 yaşlı aktyor Türkay Cəfərlidir.

“Xənnas”, “Cekpot”, “Son iclas”, “Qarabağnamə”, “Səndən sonra”, “İki ömür”, “Son addım”, “Eşq qurbanları” və “Lal yuxu” kimi ekran işlərində rol alan aktyorun Oxu.Az-a müsahibəsini təqdim edirik:

– Türkay Cəfərli özünü necə xarakterizə edir?

– Düz olmağa çalışan, özünü sevən, eqoist olsa da, çox saf, bəzən qətiyyətli, bəzən insanları yerindəcə unutmağı bacaran, vecsiz biri.

Rasim Balayevin filmlərinə baxa-baxa böyümüşəm. O insan mənim üçün kumir olub. İçimdə aktyorluq sevdası həmişə var idi, ancaq aktyorluğu sevməyimin əsas səbəbi Rasim Balayevdir.

Ailəm daha çox texniki istiqamətə üstünlük verib, mən onlardan seçildim. İndi isə aktyor olmağa çalışıram.

– Neçə ildir bu sahədəsiniz?

– Səkkiz ildir.

– Bildiyim qədərilə, tamaşalarda oynamırsınız...

– Tələbə vaxtı daha çox oynamışam. Sadəcə, gördüm ki, verilən qonorar qarşılığında indidən bu qədər enerji itirməyim çox mənasızdır. Universitetdə təhsil alarkən seriallarda və filmlərdə rol almışdım deyə, bütün diqqətimi bu sahəyə yönəltdim.

– Məvacibdən başqa teatr sahəsində çatışmayan nüanslar hansılardır?

– Birinci maneə paxıllıqdır. Aktyorlar bir-birinə çox paxıllıq edir. Onları görüb uzaqlaşdım. Düzdür, indi də teatrda oynamaq arzumdur. Çünki onun alqışı nəyə desəniz, dəyər. Amma paxıllıq olan yerdən uzaq durmağa çalışıram. Ya orada problem çıxmalıdır, ya da sakitcə məşq paltarını qoyub çıxmalısan.

– Bir neçə filmə, seriala çəkilsəniz də, mediada sizin haqda xəbərlərə az rast gəlirik. Bu, sizi narahat etmir?

– Qətiyyən. Bilirsiniz niyə? Çünki sənəti sevib gəlmişəm. Şöhrəti sevirəm. İstəyirəm hamı məni tanısın. Kim istəməz ki? Şükür ki, izləyicilərim də var. Amma insanların qarşısında “bambılı”, “əttökən” bir insan kimi görünmək istəmirəm.

İşimə görə, beş manat qazanım deyə hər yoldan keçənə “ustadım”, “qardaşım” deyə bilmərəm. Cibimdə 10 manat pul artıq olsun, filan-filan yerlərdə “cool” gəzim deyə, öz mənliyimi, vicdanımı kiminsə qarşısında əyə bilmərəm. Çox təəssüf ki, aktyorlara az dəyər verilir, o biri sahənin nümayəndələri daha çox ön plandadır.

– O biri sahənin nümayəndələri kimlərdir?

– Məsələn, vaynerlər bizim ən böyük problemimizdir. Hamı gəlib aktyor olmaq istəyir. Müğənni də, idmançı da. Vaynerlər özünə aktyor deyir. Qalırsan belə ki, bunlar aktyordursa, onda biz nəyik?

Biz hələ özümüzə aktyor demirik, öyrənirik. Rasim Balayevin, rəhmətlik Fuad Poladovun, Həsənağa Turabovun yanında özümüzə aktyor deyə bilmərik. Düzdür, hərənin öz yolu var. O demək deyil ki, Rasim Balayevə bənzəməliyəm. Ən azından öz böyüyünü tanımalısan.

16 yaşlı uşaq özünə aktyor deyir. Belə amillər bizi efirdən, mediadan uzaq salır. Şou xarakterli insan deyilik, işimizə görə qalmaqal salmırıq deyə, yalnız siz müsahibə alanda məlumat veririk. Düzü, elə mən də işlərimə görə tanınmaq istəyirəm.

– Axırıncı dəfə “Son iclas” filmində rol almısınız, daha sonra bizim təklifimizlə, elə ciddi bir obrazdan sonra şortikdə fotosessiyaya razı oldunuz. Bu, paradoksal halın oxucular tərəfindən sərt qarşılanacağından qorxmursunuz?

– Özünü buraxmamaq şərtilə, heç bir kompleksim yoxdur.

– “Özünü buraxmamaq” nəyə deyirsiniz?

– Yerli-yersiz sırtıq olmaq, özünü gic yerinə qoymaq, üç nəfər gülsün deyə özünü axırıncı yola qoymaq. Mən onlardan deyiləm. Əksinə, tərəzidə daha maraqlıdır. Həyatda çox çılğın insanam. Ona görə mənə uyğun gəldi.

– Sizcə, tərəzinin hansı tərəfi daha çox diqqət çəkəcək?

– Elə şortik tərəfi (gülür). Çünki insanlarımız düşünmək istəmir və intriqanı daha çox sevirlər. Dünyagörüşünü artırmaq istəyi artıq yox səviyyəsindədir.

– Bəs siz dünya görüşünüzü artırmaq üçün nə edirsiz?

– Heç nə etmirəm. İnsanın özündən gəlməlidir. Yüz kitab oxumaqla dünyagörüşü artmır. Ailənin də burada önəmi var, amma insanın özündən çox şey asılıdır. Hər bir insan söyüş söyməyi bacarır, lakin önəmli olan pərdəni qoruyub saxlamaqdır. O da hər insana nəsib olmur.

40 ölkə gəzməmişəm, 100 kitab oxumamışam. Çevrəyə baxırsan, orada olan əskikləri görürsən və nəticə çıxarırsan. Demirəm ki, yaxşı insanam. Bəlkə də, mənim pis tərəfim daha çoxdur. Ancaq mənim elədiyim pisliklər fiasko deyil.

– Çox pisliklər etmisiniz?

– Pislik deməyək, hərdən yalan danışmağı sevirəm.

– Kimə yalan danışırsınız?

– Əks cinsin nümayəndələrinə yalan danışıram. Bir də çox arxayın insanam, görüşlərə gecikirəm. Həmin ərəfələrdə yalan danışmağı bacarıram.

– Əks cinsə niyə yalan danışırsınız?

– Hərdən hadisələrə çox bəsit yanaşırlar. Mən də yola vermək üçün məcburam.

– Bəlkə, bu yalanın ardında nəyisə əldə etmək istəyi var?

– O istəklər yalan danışsam da, danışmasam da gələcək (gülür). Qarşı tərəfə mən lazımamsa, bu yalanlar ört-basdır olur.

– Yəqin ki, bu müsahibədən sonra çox yalan danışa bilməyəcəksiniz...

– İnsanlara çox dəyər verirəm. Ailəm, dostlarım və hörmət qoyduğum insanlar dəyərlidir. Ancaq yeri gələndə, hörmət qoyduğum insanları yerindəcə unuduram. Bir kişi olaraq qadının beyninə baxıram, görürəm ki, o deyil. Normal deyib-gülmək istəyirəm. Amma müəyyən məqamlar və özəlim var ki, heç kimin oraya girməsini istəmirəm, həmin an uzaqlaşıram. 

– Belə anladım ki, sevgiliniz yoxdur və gündəlik əlaqələrə daha çox önəm verirsiniz...

– Gündəlik deməyək, dost münasibətlərini çox sevirəm.

– Hansı dost münasibətindən söhbət gedir?

– Danışıb-gülmək, əylənmək (gülür).

– Əsmər, yoxsa sarışın?

– Əsmərlər.

– Məşhur olmaq qızlarla daha tez tanış olmağa kömək edir?

– Bilmirəm, məndə, deyəsən, şeytan tükü var. Xoşum gələn qızlara yazmıram, elə olur ki, müəyyən müddət keçir və onlar mənə yazır. Deyirlər ki, ən güclü silahın aldadan baxışlarındır. Düzdü, qarşı tərəfin fikirlərini oxuya bilmirəm, amma deyilənlər belədir.

– Sizi insandan nə bezdirir?

– Dəyişkənliyi sevən insanam. İnsan üçün darıxmağı çox sevirəm. Qarşı tərəfə şəxsi yükümü qoymamışamsa, onun hər dəfə məndən hesabat istəməsi məni bezdirir. O kəsi yükləyə bilərəm ki, ona etibar edərəm. Həmin adam məndən nigaran qala, sual verə bilər. Ona görə belə suallar məni qıcıqlandırır.

Düzdür, inanmağı çox sevirəm. Lakin indiki dövrdə inam daha az, xəyanət daha çoxdur. İndi azadlıq pərdəsi altında çox şey edirlər. Çalışmaq lazımdır ki, həyatında olan insan keyfiyyətli olsun. Səhər qarşılaşanda boynubükük gəzməyəsən.

– Avropa praktikasında cütlüklər evlənməmişdən öncə bir yerdə yaşayır, münasibətdə olur və bir-birinə uyğun olarlarsa, evlənirlər. Cütlüklərin evlənməmiş bu praktikanı keçməsinə və intim münasibətdə olmasına necə baxırsınız?

– Hər yerin mental dəyəri fərqlidir. Bizdə yaşın 25-i keçdisə, “Niyə tərpənmirsən” deyə suallar gəlir. Sevməyərək evlənirlər və doqquz aydan sonra hamı dörd gözlə səndən uşaq gözləyir. Bizim cəmiyyətin bir çox hissəsi Avropadan savad və təhsili yox, başqa şeyləri “görməmişcə” götürür.

– Məsələn?

– İki insan arasında olan intim münasibətlər iki şəxsin arasında qalmalıdır. Ancaq bizdə hansısa qızla yatan oğlana kral kimi baxırlar. Həmin adamlar da “Mən bunu bacarmışam” deyə qürrələnirlər. 

– Sizdə belə şey olmayıb? İlk dəfə intim münasibətdə olanda gəlib dostlarınıza deməməsiniz?

– Nə vaxt olduğu yadımdan çıxıb (gülür). Amma bilirəm ki, onluqlarda idim. Nələrsə baş verdi və bitdisə, mütləq hörməti saxlamaq lazımdır. Əslində, seks nəbzdir. Çoxu özünü qeyrətli kimi göstərir, ancaq o “qeyrət” altında çox iş görənlər var. 

– Nə mənada qeyrətli göstərir?

– Mentallığı əsas tuturlar. Məsələn, normal ünsiyyətdə seks olmaz, hər şeyin həddi var, deyirlər, ancaq özləri min hoqqadan çıxırlar. Qadınlar da, kişilər də bunu edir. Ona görə də realist insanları sevirəm.

Xəyalpərəstlik dövrü deyil. Elə bir zamandır ki, üç-beş gün sonra “qara işlər”in üzə çıxır. Kişi kimi, qadın kimi etiraf elə və başıdik gəz.

– Axırıncı dəfə kimin “qara işlər”ini üzə çıxarmısınız?

– Mənim qadınlarla işim yoxdur. Qadınlar mənə başqa şeylər üçün lazımdır.

– Sizə yazan qadınlar çoxdur?

– Bəli, var. Ən çox da məndən böyük xanımlar.

– Pul qarşılığında seks təklifi almısınız?

– Bəli, almışam. Amma miqdarı yadımdan çıxıb.

– Qəbul etmisiniz?

– Yox, vaxtım yox idi. Olsa idi, bəlkə də, düşünərdim. Ancaq gözəlliyə böyük önəm verirəm. Qarşındakı sənə enerji vermirsə, şarmı yoxdursa, onunla yolda necə gəzmək olar? Beş dəqiqəlik həvəs üçün özümü gözdən salmaram.

Ümumiyyətlə, qadınsız həyat heç nədir. İstər iş, istər fizioloji cəhətdən. Seks, ehtiras - bu qanun deyil, nəbzdir. Ürək necə döyünürsə, bədən də onu tələb edir. Özünü imam kimi göstərməklə deyil, əsas yorğan altdakı mövzulardır. 

Özünü imam pərdəsi ilə əhatələyib, arxada başqa işlər görürsən. Hər ikisini də stabilləşdir, de ki, normal baxıram. İntim həyatsız dünya mənə çatmır. Seks olmalıdır ki, biz yaranaq.

– Bu yaxınlarda sosial şəbəkədə biri yazmışdı ki, kişi arvadı ilə intim əlaqədə olmalı deyil...

– Görmüşdüm. Biabırçılıq idi. O problemlərə görə xəyanətlər daha çoxdur. Kişi həyat yoldaşına qadını kimi baxmır, ev təmizləyən obyekt kimi baxır. O zaman da istər-istəməz hormonlar dövrəyə girir və ərinə xəyanət edir.

– Bir də belə bir şey var: Bizdə kişilər öz qadınlarına “hörmət”dən irəli gələrək seks fantaziyalarını fahişələrin üstündə yoxlayırlar...

– Mental köklər elə qurulub ki, həmin kişilər fahişələrə müraciət edir. 

– Sizcə, zamanla yeni nəsil gənclər köhnə kişilərdən qalan “hörmət” məsələsinin üstündən xətt çəkib, seksual fantaziyalar üçün fahişəyə deyil, öz qadınına müraciət edə bilər?

– Biz çox vaxt toylarda olanda ağsaqqallar sağlıq deyəndə “Bir yastıqda qocalsınlar” deyirlər. Eşitmədim ki, bir-birini sevsinlər, hörmət etsinlər desin. Evləndilər, hörmət var, amma sevgi yoxdur.

Elə bil bir evin içərisində kirayə qalırsan. Lakin təməli sevgi olanda, hörmət də olur, intim əlaqələr də yerində olur. Deyirlər ki, məhəbbət üç il yaşayır. Sevgi olandan sonra hörmət get-gedə balanslaşır.

Uşaq olandan sonra hər ikisinin canından, sevgisindən dünyaya gələn birinə görə bağlar daha da möhkəmlənir. Sonra onun üçün yaşamağa başlayırsan.

– Neçə yaşınız var?

– 27.

– Nə vaxt tərpənirsiniz?

– Tərpənmək fikrim yoxdur.

– Tərpətmək də istəmirlər?

– İstəyən çoxdur. Sevgi qarğışıyam mən. Çox insan qarğış edib. Elə bilirlər ki, paylanmalıyam. Hər qolumu bir qız, başımı bir qız, çiynimi bir qız sevməlidir. Bir də sırf “bu qadını gözləyirdim” deyəcəyim biri yoxdur.

Qadın mənə aid olduğu kimi, mən də kişi kimi birinə aid olmaq istəyirəm. Mənim üçün doğmamı qucaqlamaq çox böyük bir şeydir. Axtarmıram, vaxtım da yoxdur. 16 yaşım yoxdur, kiminsə arxasınca düşüm. Qeyri-ciddi həyatdayam. Hələlik simpatik münasibətlərə üstünlük verirəm. Bu, kimə pis gəlir, özü bilər. Həm də evlənmək böyük məsuliyyətdir.

İstəyirəm ki, sevdiyim qadının yanında utanmayım. Düzdür, hər xoşbəxtlikdə problem olur. Problem özü də gözəllikdir. Xoşbəxt olanda da problemlər yaddan çıxır. Ümumiyyətlə, mənim üçün dişi, qadın, qız və xanım var. 

– Siz kimi axtarırsınız?

– Mən xanımı axtarıram. 

– Hazırda həyatınızda olanlar kimlərdir?

– Qadınlar və qızlardır. Aralarında xanım deyə hörmət etdiklərim də var. Amma xanımım deyillər. Bu, böyük məsuliyyətdir. İnsan nə qədər səmimi olsa da, balansı qorumalıdır. Anal seks, oral seks - hamı hər şeyi bilir. Ancaq hörməti saxlamaq hər kəsə nəsib olmur.

– Sizə həmişə hörmətli olmağı arzu edirik!

– Sağ olun ki, axtarıb divarın küncündəki, öz gücünə gəlib-çıxan insanları işıqlandırırsınız. Efirdən bizi tanıyanlar olsa da, müsahibələr də tanınmağımızda mühüm rol oynayır.

Çəkilişdə istifadə olunan geyimlərə görə “Koton” mağazasına təşəkkür edirik.

Pərviz Hüseyn
FOTO: Ramin Aslanov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri