12 
Sen
2018
12:08
187
52
12159
Virtual karabakh

Həbsdə olduğu deyilən Rza Zərrab restoranda görüntüləndi - FOTO

12 Sen, 2018
12:08
12159

Həbsdə olduğu deyilən Rza Zərrab restoranda görüntüləndi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrandakı investisiyaları pozması ilə bağlı ABŞ-da davam edən məhkəmənin önəmli şəxslərindən olan Rza Zərrab Nyu-Yorkun məşhur restoranlarından birində görüntülənib.

Oxu.Az xəbər verir ki, Soho bölgəsindəki məşhur suşi restoranı “Nobu”da bir xanımla yemək yeyən Zərrab fotolarının çəkildiyinin fərqinə varandan sonra məkandan ayrılıb.

Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun 2014-cü ilin sentyabrında İrandakı investisiyalarla bağlı istintaqı zamanı Rza ailəsi ilə birlikdə 16 mart 2016-cı ildə ABŞ-a giriş edərkən həbs olunmuşdu.

Nyu-York Federal Məhkəməsində 135 il cəza qarşılığında şahid qismində ifadə verən Zərrabın daha az cəza alması gözlənilirdi. 

Onu da qeyd edək ki, onun Nyu-Yorkdakı həbsxanaların birində özəl bölmədə saxlandığı bildirilirdi.

Xatırladaq ki, Rza Zərrab müğənni Günel Zeynalovanın nişanlısı olub, o, hazırda Ebru Gündeşlə evlidir.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri