25 
Sen
2018
11:35
50
43
8339
Virtual karabakh

Zaur müğənnilərin Tünzaləyə göndərdiyi pulun miqdarını açıqladı - VİDEO

25 Sen, 2018
11:35
8339

Zaur müğənnilərin Tünzaləyə göndərdiyi pulun miqdarını açıqladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATV kanalında yayımlanan “Bizimləsən” verilişində xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva üçün xeyriyyə marafonu davam edir.

Oxu.Az xəbər verir ki, ötən gün proqram zamanı məşhurların göndərdiyi pulların miqdarı açıqlanıb.

Məlum olub ki, “Toppuş bacı” üçün 15 min manata yaxın pul yığılıb.

Kimin nə qədər pul göndərməsinin bir-bir açıqlanması isə tamaşaçıları qıcıqlandırıb. Bəziləri Xalq artistlərinin az pul göndərməsini, bəziləri Zaurun ad çəkərək kimin nə qədər göndərdiyini deməsini qınayıb, digərləri isə heç kimin Tünzaləyə borclu olmadığını dilə gətirib.

Qeyd edək ki, Tünzalə Əliyeva “Bizimləsən” proqramına qatılandan ətrafında qalmaqallar səngimək bilmir. Ötən günlərdə Əməkdar artist Məlahət Abbasova “Bizimləsən” proqramını reytinq yığmaq xatirinə “Toppuş”a stress yaşatdıqları üçün qınamışdı.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri