26 
İyl
2019
04:20
168
17
4918
Virtual karabakh

Ed Şiran ondan şikayət edən qonşularının evini aldı

26 İyl, 2019
04:20
4918

Ed Şiran ondan şikayət edən qonşularının evini aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə il əvvəl Ed Şiran İngiltərənin şərqindəki Suffolk qraflığında mülk alıb.

Burada onun verdiyi səs-küylü qonaqlıqlar qonşuların narazılığına səbəb olub. Yüksək musiqi səsindən bezən qonşular polisə xəbər veriblər.

Ed isə vaxtının əsas hissəsini Londonda 19.8 milyon funt dəyəri olan villada keçirir. Dünən isə məlum olub ki, müğənni daşınmaz əmlak sayını artırmaq üçün qonşuluqda boşalan iki evi də alıb.

O, evlərin başqa insanlar tərəfindən alınmasından əvvəl mülkləri əldə edib ki, qonşusu olmasın. Əvvəlki mübahisələri nəzərə alan Şiran Nottinq-Xilldəki restoranın üstündəki mənzili də alıb.

Hazırda Edin Böyük Britaniyada 22 müxtəlif daşınmaz əmlakı var.

Evlərin ümumi dəyəri 47 milyon funt sterlinqdir.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri