Milli estradamızın meqa ulduzu, Xalq artisti Faiq Ağayev yeni layihəsi ilə gündəmə gəlib.
Oxu.Az xəbər verir ki, F.Ağayev 1993-cü ildə ifa etdiyi, musiqisi Eldar Mansurova, sözləri isə özünə aid “Küsmə” adlı bəstəsinə yeni nəfəs verib.
Müğənni mahnının yeni üslubda “rimeyk” versiyasını dinləyicilərin ixtiyarına verib.
Mahnının aranjimanı Nadir Hüseynova, “miks” və “master”i isə Givi Usenaşviliyə həvalə olunub.
Videoçarx üzərində Elmit Mikayılov, Nisə Cəfərova və Aleks Anişenko çalışıblar.
Xalq artisti sözügedən bəstəni rəsmi “YouTube” kanalında yayımlayıb.
Xalq artisti Faiq Ağayev yenidən “Küsmə” oxudu - VİDEO
Rəşad Əliyev
Rəylər