18 
Sen
2020
09:54
367
26
4679
Virtual karabakh

Yaşlı kişini döyən Halil Sezai həbs olundu - VİDEO

18 Sen, 2020
09:54
4679

Yaşlı kişini döyən Halil Sezai həbs olundu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

67 yaşlı Hüseyn Meriçi döydüyü barədə görüntülər yayıldıqdan sonra məhkəməyə çıxarılan Türkiyənin məşhur ifaçısı və aktyoru Halil Sezai qəsdən sağlamlığa ağır xəsarət vurma ittihamı ilə həbs olunub.

Bu barədə “Hürriyet” xəbər yayıb.

Məlumatlara görə, o və tanınmış rejissor Aytac Ağırlar İstanbulda film çəkilişi üçün villa kirayələyib. Ancaq dörd villadan ibarət kompleksdə yaşayan Hüseyn Meriç və Mesih Meriç filmin çəkilişlərinin burada baş tutmasına razı olmayıb. Bundan sonra tərəflər arasında tez-tez mübahisələr yaşanıb.

Hadisə günü ilə bağlı danışarkən məşhur müğənni içkinin təsirində olduğunu deyib.

“Onun evinə gedəndə dörd villanın ortaq bağçasından keçdik. Mən həmin vaxt bağçadan odun götürdüm ki, onunla zarafat edim. Onu vurmaq niyyətim olmayıb”.

Məşhur ifaçı 67 yaşlı Hüseyn Meriçin onu söydüyünü və bundan sonra aralarında münaqişə yaşandığını vurğulayıb.

“Bağçada vurduğumu xatırlamıram. Ancaq küçədə də söyməyə davam etdiyi üçün etməməli olduğum davranışı sərgilədim. Heç özümə yaraşdırmıram. Peşmanam”.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri