16 
İyn
2022
08:54
87
23
2508
Virtual karabakh

BTS üzvləri solo karyeraya başlamağa qərar veriblər - YENİLƏNİB + FOTO/VİDEO

16 İyn, 2022
08:54
2508

BTS üzvləri solo karyeraya başlamağa qərar veriblər - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənubi Koreyanın BTS qrupunun üzvləri fəaliyyətlərini dayandırdıqlarını elan etdikdən sonra ayrıldıqları barədə şayiələri təkzib ediblər.

BTS nümayəndələri musiqi qrupunun dağılmayacağını, lakin onun bəzi üzvlərinin eyni vaxtda öz layihələrini və solo işlərini inkişaf etdirəcəyini bildiriblər. Üzvlər əlavə edib ki, qrupun dağılması ilə bağlı şayiələr qrupun fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı bəyanatlarının düzgün tərcümə olunmaması səbəbindən yaranıb.

BTS lideri Kim Namjoon (RM) əlavə edib ki, musiqiçilər həqiqətən solo layihələri inkişaf etdirməyə başlayacaqlar, lakin öz konsertləri ilə qrupun pərəstişkarlarını sevindirməyə davam edəcəklər.

“Biz həm komanda, həm də fərdi olaraq yaxşı çıxışlar göstərməyə çalışacağıq”, - deyə RM vurğulayıb.


***

Cənubi Koreyanın K-pop qrupu BTS öz fəaliyyətlərində fasilə elan edib.

Bu barədə komandanın nümayəndələri bildiriblər.

Onların sözlərinə görə, keçmiş qrup üzvləri solo layihələrlə məşğul olacaqlar.

Qeyd edək ki, qrup doqquz ildir mövcud olmalarına baxmayaraq, bu müddət ərzində çox şeyə nail olub: Klipləri bir gündə baxış sayına görə dəfələrlə rekord qırıb, “Dynamite” mahnıları  Cənubi Koreyaya 1,5 milyard dollara (2,5 milyard manat) qədər gəlir gətirib, bu səbəbdən K-pop məktəb proqramlarına salınıb. Bundan başqa BTS 2021-ci ilin artistləri seçilib.

Bu yaxınlarda isə qrup üzvləri Ağ Evi ziyarət edib və ABŞ prezidenti Co Baydenlə Asiya əsilli amerikalılara qarşı nifrət cinayətlərinin artmasından danışıblar.

Bütün bu nailiyyətlərə baxmayaraq, iştirakçılar fərd kimi böyüməli və yetkinləşməli olduqlarını deyiblər.

“Mən həmişə BTS-in digər qruplardan fərqli olduğunu düşünürdüm. Lakin K-pop və bütün idol sistemi ilə bağlı problem ondan ibarətdir ki, böyümək üçün vaxt vermir. Siz musiqi yaratmağa və işlərlə məşğul olmağa davam etməlisiniz”, - deyə qrup üzvü RM bildirib.

Həmkarları əlavə ediblər ki, birgə işləməyə fasilə vermək qərarı onlar üçün asan olmayıb. Musiqiçilər pərəstişkarlarını məyus edəcəklərindən narahat idilər.

Mənbə: LIFE

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri