Yumorist Fərda Xudaverdiyevin aparıcılıq etdiyi “Top kimi şou”nun növbəti qonağı müğənni Günay İbrahimli olub.
Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, sənətçi uzun müddətdir küsülü olduğu aktyorla çəkiliş zamanı barışıb.
G.İbrahimli Fərdanın konsertində külək nəticəsində qalxan və qalmaqala səbəb olan libasını da özü ilə gətirib.
Yumorist qayçı ilə həmin paltarı kəsib:
“Axır ki, konsertimə kölgə salan o paltarı öz əllərimlə doğradım”.
“Top kimi şou”nun sözügedən buraxılışına bu gün saat 22:30-da ATV-də baxa bilərsiniz.
Qeyd edək ki, Günayın libası Fərda Xudaverdiyevin "Stand up" şousunda səhnəyə çıxarkən qalxmışdı.
![](https://img.youtube.com/vi/BdN_PGwQ2Yw/sddefault.jpg)
Fərda Günayın paltarını qayçıyla doğradı - FOTO + VİDEO
Rəylər