Apr
2015
13:18
62
30
6060
Virtual karabakh

"İşte benim stilim"in Azərbaycan əsilli qalibi - FOTO

4 Apr, 2015
13:18
6060

"İşte benim stilim"in Azərbaycan əsilli qalibi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Türkiyənin ən tərz qadını".

Türkiyənin məşhur dəb proqramı "İşte benim stilim"in ikinci sezonu yekunlaşıb.

Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, İvana Sərt, Nur Yerlitaş, Kamal Doğulu, Uğurkan Erez kimi məşhurların jüridə olduğu final gecəsinin qonağı isə müğənni Bengü olub.

12 həftəlik yarışmadan sonra sona Emel Özkızıltaş, Nazlı Hamarat, Zeynep Öztürk və Çiğdem Çelik qalıb. Tamaşaçıların səsverməsi nəticəsində "Türkiyənin ən tərz qadını" adına E.Özkızıltaş layiq görülüb. İkinci yeri isə Z.Öztürk tutub.

Qeyd edək ki, E.Özkızıltaş ilk seçimlərə qatılanda əslən azərbaycanlı olduğunu demişdi. Lakin illərdir atasını görməyən Emel anası ilə bir yerdə yaşayır. O, qalib olarsa pulun bir hissəsini yardım üçün istifadə edəcəyini, qalanını isə anasın verəcəyini bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri