Pakistanın məşhur modellərindən 21 yaşındakı Ayya Əli hava limanında həbs olunub.
Oxu.Az xəbər verir ki, model paytaxt İslamabaddakı hava limanında çantasında 500 min dollar ilə tutulub. Modelin qeyr-qanuni yollarla külli miqdarda pul əldə etdiyi iddiasıyla həbs olunub. 21 yaşındakı modelin vəkilləri müvəkkillərinin o pulla səyahət etməyi planlaşdırmadığını vurğulayıblar.
Qeyd edək ki, Pakistandakı qanunlara görə, 10 min dollardan artıq nəğd pulla ölkə xaricinə çıxmaq cinayət sayılır. Ayya Əlinin həbs olunması ölkədə və podium dünyasında şok yaradıb. Polisə verdiyi ifadəsində pulu qardaşına aparmaq üçün götürdüyünü söyləyən 21 yaşındakı gənc model, girov pulu ödəməyi rədd etdiyi üçün 14 martdan bəri həbsxanada saxlanılır.
Vəkilləri modelin pulu qanuni bir mülk satışından qazandığını və ölkədən çıxarmaq niyyətinin olmadığını bildiriblər. Məşhur müğənni üzərində qanunla nəzərdə tutulmuş məbləğdən həddindən çox artıq pul aparmaq istədiyinə görə iddia olunur ki, model pulları qeyri-qanuni yollarla əldə edib.
Vəkili iddia edib ki, Ayya Əli məşhur olduğu üçün hədəfə tutulub. O, “Müvəkkilim cinayətkarlarla eyni kamerada saxlanılır. Bu, onun həyatını məhv edəcək” deyə danışıb (A24.az).
Rəylər