Apr
2015
16:38
29
6
1939
Virtual karabakh

Elnur Hüseynov: Builki şouda heyranedici səhnə təqdimatı olacaq

7 Apr, 2015
16:38
1939

Elnur Hüseynov: Builki şouda heyranedici səhnə təqdimatı olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Özümü solo müğənni kimi təqdim etmək üçün böyük şansdır".

“Eurovision” mahnı müsabiqəsi özümü solo müğənni kimi təqdim etmək üçün böyük şansdır".

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanı “Eurovision-2015”də təmsil edəcək Elnur Hüseynov yarışmanın rəsmi saytına müsahibəsində deyib.

Bu müsabiqənin səhnəsində ölkəmizi artıq ikinci dəfə təmsil edəcəyini qeyd edən E.Hüseynov şouda heyranedici səhnə təqdimatı olacağını söyləyib:

“Bununla bağlı çoxlu ideyalarımız var. Odur ki, “Eurovision-2015”də məxsusi bir performans görəcəksiniz”.

“Builki mahnımıza inanıram, onda çox güclü mesajlar var. Mahnının sözlərində “hər bir qəlb mübarizə etməyə layiqdir” deyildiyi kimi, biz heç vaxt təslim olmamalı, xoşbəxtliyimiz üçün mübarizə aparmalıyıq”, - deyə o bildirib.

Xatırladaq ki, Elnur Hüseynov müsabiqədə “Hour Of The Wolf” mahnısını ifa edəcək (azertag.az).

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri