13 
Apr
2015
14:34
30
27
6323
Virtual karabakh

ATV-dən Aşıq Ədalətin söyüşü ilə bağlı – AÇIQLAMA + VİDEO

13 Apr, 2015
14:34
6323

ATV-dən Aşıq Ədalətin söyüşü ilə bağlı – AÇIQLAMA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bunu sübut etmək üçün istənilən vətəndaş...”.

ATV telekanalı “Səbəbkar” verilişindəki qalmaqalla bağlı məlumat yayıb.

Oxu.Az xəbər verir ki, “Qafqazinfo”ya ATV-dən daxil olan məlumatda bildirilir ki, “Səbəbkar” verilişində Aşıq Ədalətin rəqqasə Aytənin və Aşıq Namiqin ünvanına işlətdiyi təhqiramiz ifadələr ATV-nin efirində getməyib: 

“Bunu sübüt etmək üçün istənilən vətəndaş və ya qurum monotorinq saytlarına və Teleradio şurasına müraciət edərək  verilişin efirə  gedən lent yazısına baxa  bilər. Efirə getməyən, digər sosial şəbəkələrdə yerləşdirilən nalayiq ifadələrə görə isə ATV məsuliyyət daşımır. Televiziya məhsullarının istehsalı ilə məşgul olan insanlar bilirlər ki, hər hansı bir verilişin studiya çəkilişində iştirakçılıar bu və ya digər formada fikirlərini ifadə edə, hətta adekvat olmayan hərəkətlərə yol  verə bilərlər.  Lakin bu məqamlar veriliş efirə hazırlanarkən ciddi şəkildə montaj edilir və efirə verilmir. 

Sözügedən görüntülərin sosial şəbəkələrdə kimin tərəfindən yerləşdirilməsi isə hal-hazırda araşdırılır və bu istiqamətdə müvafiq işlər aparılır. Bu məsələylə bağlı “ATV-nin efirində” ifadəsini işlədən həmkarlarımızın  nəzərinə bir daha çatdırırq ki, ATV-nin efirində gedən audiovizual materiallarla sosial şəbəkələrə yerləşdirilən materialları qarışdırmasınılar”. 

Xatırladaq ki, verilişin aparıcısı İradə İsaq məsələyə sosial şəbəkədə belə münasibət bildirmişdi:

“Aşıq Ədalətin sözlərini tərbiyəsizlik hesab etmirəm. Bu, ustad şapalağı idi!!”

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri