23 
Apr
2015
11:34
24
52
8254
Virtual karabakh

Azərbaycanlı aşıq toyda döyüldü - VİDEO

23 Apr, 2015
11:34
8254

Azərbaycanlı aşıq toyda döyüldü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hadisə şadlıq sarayının həyətində baş verib.

Azərbaycanda aşıq toyda döyülüb.

Oxu.Az xəbər verir ki, bu iddianı ANS-də yayımlanan “Adam içində” verilişinin qonağı olan aşıq irəli sürüb. O, Azərbaycanda fəaliyyət göstərən şadlıq saraylarından birində döyüldüyünü deyir. 

Aşığın sözlərinə görə, hadisə şadlıq sarayının həyətində baş verib:

“Belə ki, toy zamanı məclisdə iştirak edən bir nəfər mənə yaxınlaşaraq Röyanın mahnısını sifariş etdi. Mahnını ifa etməyəcəyimi onun diqqətinə çatdırdım. Bundan sonra bir qrup şəxs məni şadlıq sarayının həyətinə dəvət edərək güc tətbiq etdilər. Bu yetərli olmamış kimi sazımı da sındırdılar. Bununla yanaşı mənə vəd olunan 300 manat qonorarı da vermədilər”.

7-8 ildir ki, bu sənətlə məşğul olduğunun deyən aşıq 5 ildir ki, el şənliklərində çıxış etdiyini bildirib. Döyüldüyü toy isə onun tanışı Fərahim adlı şəxs tərəfində danışılıb. 

Studiya dəvət olunan Fəraim aşığın dediklərini təsdiqləyib. Fəraim ANS-in birbaşa efirində söz verib ki, baş verən anlaşılmazlıq tezliklə müsbət bir şəkildə həll olunacaq (anspress.com).

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri