26 
Noy
2023
11:05
99
88
2612
Virtual karabakh

Daşkənddə Jah Khalibin konsertinə görə izdiham yaşanıb - VİDEO

26 Noy, 2023
11:05
2612

Daşkənddə Jah Khalibin konsertinə görə izdiham yaşanıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 25-də Qazaxıstanda fəaliyyət göstərən azərbaycanəsilli hip-hop ifaçısı, repçi Jah Khalibin (Bəxtiyar Məmmədov) Daşkənddəki Humo Arena sarayında konserti baş tutub.

Lakin konsertdən əvvəl tədbir məkanı qarşısında izdiham və ciddi narazılıq yaranıb.

Bəzi məlumatlara görə, konsert üçün ifaçının pərəstişkarlarına saxta biletlər satılıb və həmin biletlərlə arenaya gələnlər zala daxil ola bilməyiblər.

Baş verən insidentin qarşısı Milli Qvardiya tərəfindən alınıb. İctimai asayişi pozmaqda şübhəli bilinən vətəndaşlar zabitlər tərəfindən hadisə yerindən təhlükəsiz zonaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır. Biildirilir ki, insident nəticəsində ölən və yaralananlar olmayıb.

Mənbə: kun.uz

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri