27 
Noy
2023
23:17
98
33
1884
Virtual karabakh

Əməkdar artist bayağı müğənnilərdən danışdı: “Onlar toydan toy tuturlar”

27 Noy, 2023
23:17
1884

Əməkdar artist bayağı müğənnilərdən danışdı: “Onlar toydan toy tuturlar”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bayağı ifaçıların heç zaman qarşısını almaq olmaz. Çünki sosial şəbəkələr çoxdur. Əvvəllər də bayağı ifaçılar olub. Amma televiziya kanalları az olduğu üçün onları efirə buraxmayıblar. İndi bayağı ifaçılar və mahnılar sosial şəbəkələrdə qəbul olunur. Çünki orada hər səviyyədə insanlar var”

Lent.az-ın xəbərinə görə, bu fikri Əməkdar artist Almaz Ələsgərova teleproqramlardan birində səsləndirib. 

“Bayağı mahnıları xoşlayan nə qədər insan var. Həmin insanlar toy edəndə də elə bayağı müğənniləri məclislərinə dəvət edirlər. Deyir ki, o mənim sevimli müğənnimdir. O da toya gəlir, toydan toy tutub gedir. Elə də populyarlaşırlar”, - deyən müğənni bildirib ki, bayağı ifaçıları səhnədən yığışdırmaq olmaz.

Əməkdar artistin qənaətincə, onlar özlərini lazımsız hiss edəndə bu sənətdən çıxıb gedəcəklər.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri