Bir çox məşhur filmin ssenari müəllifi olan Fariz Əliyev kinosevərlər üçün yenidən iş başına keçib.
Oxu.Az xəbər verir ki, 29 noyabr Nizami Kino Mərkəzində Əməkdar artist Dilarə Əliyeva, Müşviq Şahverdiyev və Nərmin Xankişiyevanın baş rol aldığını “Cin atı” filminin qala gecəsi baş tutacaq.
Belə ki, filmin ssenarisində bu dəfə Fariz Əliyevlə birgə, Əlibəy Məmmədli və Əcəmi Əsədullanın da əməyi var.
Həm komediyanın, həm də qorxu dolu anların birləşdiyi filmin maraqlı süjet xətti var.
“Sirkdə təlimçi işləyən Xilafə alnına dəyən atın zərbəsindən huşunu itirir və ölüm ayağında həyat yoldaşı Ələşrəfdən xahiş edir ki, heç olmasa il mərasimini gözləsin, sonra evlənsin. Ələşrəf söz verir, amma təbii ki, vədinə xilaf çıxır. 40 gündən sonra Arifə adlı xanımla evlənir. Cin atına minən Xilafənin ruhu Ələşrəflə Arifəni toy gecəsi qovuşmağa imkan vermir. Qorxulu vəziyyətlərlə üzləşən bəylə gəlin kama çata bilmirlər. Bir-birini əvəz edən nəfəs kəsici səhnələr qorxulu komediya filmini daha baxımlı edir”.
Qeyd edək ki, filmin quruluşçu rejissorları Kənan Zeynalov və İsmayıl Zeynalovdur.
![](https://img.youtube.com/vi/PfUkx9yMGFE/sddefault.jpg)
Müşfiq Dilarəni “Cin atı”na mindirəcək - VİDEO
Rəylər