Dek
2023
05:34
32
148
8602
Virtual karabakh

Dilan Polat və Engin Polatdan “həbsxana romantikası”: Öpüşməyin yolunu tapdılar - FOTO

8 Dek, 2023
05:34
8602

Dilan Polat və Engin Polatdan “həbsxana romantikası”: Öpüşməyin yolunu tapdılar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çirkli pulların yuyulması və digər ittihamlar üzrə həbs edilən Dilan-Engin Polat cütlüyü ilə bağlı yeni bir iddia gündəm olub.

Polat cütlüyünün vəkili Hüseyn Kaya müvəkkillərinin maraqlı “görüşmə” üsulundan danışıb. Hüseyn Kara “Ankara masası” verilişinin aparıcısı Fatih Atiklə söhbətində cütlüyün bir-biriləri üçün darıxdığını deyib.

“Dilan mənim əlimdən öpdü, sonra “Əlini silmədən Enginin yanına get, o da eyni yerdən öpsün” dedi”, - deyə vəkil hər kəsi təəccübləndirib.

“2-ci səhifə” proqramında həbsxanadakı fenomen cütlüklə bağlı ortaya atılan bu maraqlı iddia müzakirə olunub.

Jurnalist Emrullah Erdinç qonağı olduğu proqramda bu xəbəri “Həbsxana romantikası” kimi şərh edib.

“Cinayətlərindən danışılmasını istəmirlər. Həbsxanaya girməmişdən əvvəl sosial mediada necə eşq yaşayırdılarsa, o sevginin hələ də davam etdiyi mesajını verirlər. Sevgi ilə gündəm yaratmağa çalışırlar”, - deyə Emrullah Erdinç qeyd edib.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri