11 
Dek
2023
12:36
119
46
2884
Virtual karabakh

İlhamə Quliyevanın bacısı Əli Mirəliyevi məhkəməyə verir

11 Dek, 2023
12:36
2884

İlhamə Quliyevanın bacısı Əli Mirəliyevi məhkəməyə verir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva müğənni Əli Mirəliyevi məhkəməyə verir.

O, bu haqda “O üz” verilişində deyib. Bildirib ki, Ə.Mirəliyev yeddi ildir, İ.Quliyeva haqqında xoşagəlməz sözlər danışır:

“İlhamə Quliyeva heç vaxt Əli Mirəliyevi yaxınına buraxmayıb. Əli nə yerini, nə rəftarını, nə də danışığını bilir. İlhamə hər zaman belə insanlardan uzaq olub. İlhamə Quliyeva özünə hörmət edən insan, xanım olub. Əli Mirəliyevlə məhkəmədə görüşəcəyəm. Əlini məhkəməyə verəcəyəm. Nə qədər olar? İlhamə Quliyeva yeddi ildir ki, dünyasını dəyişib, Əli Mirəliyev dayanmır ki, dayanmır. Sən İlhamə Quliyevaya nə vermisən ki, ala bilmirsən? Belə biabırçılıq olar?”

Qeyd edək ki, Ə.Mirəliyev İ.Quliyevanın mirasının bacılarına qalmasını tənqid edib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri