Fev
2024
03:52
52
39
4484
Virtual karabakh

Mahsun qızı barədə verilən suala görə özünü itirərək başqasının maşınına mindi - FOTO

8 Fev, 2024
03:52
4484

Mahsun qızı barədə verilən suala görə özünü itirərək başqasının maşınına mindi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur musiqiçisi Mahsun Kırmızıgül qızı Lavi ilə birlikdə xəstəxanada görüntülənib.

Bununla bağlı jurnalistlərə açıqlama verən ifaçı övladı xəstələndiyi üçün tibb müəssisəsinə getdiklərini bildirib. Lavinin səhhəti ilə bağlı danışanda isə ciddi problem olmadığını vurğulayıb.

Bununla belə, Mahsun Kırmızıgülün fikirli olması gözlərdən yayınmayıb. Belə ki, ifaçı jurnalistlərdən ayrıldıqdan sonra öz avtomobili əvəzinə başqasının maşınına minib. Lakin sonra səhv etdiyini anlayaraq düşüb.

O da vurğulanıb ki, Lavinin anası və Kırmızıgülün keçmiş arvadı Ece Bina xəstəxanadan onlardan sonra çıxıb və öz avtomobili ilə oradan uzaqlaşıb.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri