22 
Fev
2024
00:47
73
40
2761
Virtual karabakh

Beyons daha bir rekorda imza atdı

22 Fev, 2024
00:47
2761

Beyons daha bir rekorda imza atdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı müğənni Beyons daha bir rekord qırıb: O, “Billboard” kantri-çartında birinci olan ilk qaradərili sənətçidir.

Belə ki, fevralın 11-də yayımlanan “Texas Hold 'Em” çartda birinci olub, başqa bir mahnısı “16 Carriages” isə doqquzuncu yerdə olub.

“Billboard Hot 100”də mahnılar müvafiq olaraq 2-ci və 38-ci yerləri tutur.

Qeyd edək ki, Beyons karyerası ərzində səkkiz dəfə “Billboard top 100”də birinci olub.

Bundan əlavə, Beyons həm kantri mahnılarında, həm də “R&B/Hip-Hop” mahnıları arasında birinci olan ilk qadın müğənnidir.

Bir il əvvəl Beyons “Grammy”də ən çox mükafat alan sənətçi olub.

Mənbə: The Hollywood Reporter

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri