23 
Fev
2024
17:52
22
137
4210
Virtual karabakh

Vera Brejneva Bakıda konsert zamanı keçmiş ərinə müraciət etdi - FOTO/VİDEO

23 Fev, 2024
17:52
4210

Vera Brejneva Bakıda konsert zamanı keçmiş ərinə müraciət etdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur rusiyalı müğənni, “VIA Qra” qrupunun keçmiş üzvü Vera Brejneva Bakıda verdiyi konsert zamanı səhnədən keçmiş ərinə müraciət edib.

Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.

O, mahnılara görə Konstantin Meladzeyə təşəkkür edib.

“Təbii ki, bu mahnıların əksəriyyətinin müəllifinə, bu illər ərzində bu hitləri yaradana böyük təşəkkürümü bildirmək istəyirəm. Bu Konstantin Meladzedir, onsuz bu mahnılar sadəcə mövcud olmazdı”, - deyə ifaçı bildirib.

Vera Brejneva əlavə edib ki, onun bütün mahnıları sevgi və işıq haqqındadır.

Meladzenin adı çəkildikdən sonra tamaşaçılar gurultulu şəkildə alqışlayıblar.

Qeyd edək ki, bir müddət əvvəl Vera Brejneva və Konstantin Meladze boşanıblar. Ukraynalı ifaçı səkkiz il evli olduğu şəxsdən ayrılmağın onun ruhunda dərin yara buraxdığını deyib.

Xatırladaq ki, fevralın 21-də Heydər Əliyev Sarayında V.Brejnevanın konserti keçib. Tamaşaçılarla ünsiyyətdə olan müğənni sonuncu dəfə yeddi il əvvəl Bakıda böyük konsert proqramı ilə çıxış etdiyini və yenidən Azərbaycanın paytaxtına qayıtdığına, sevgisini, duyğularını bakılı tamaşaçılarla bölüşdüyünə görə xoşbəxt olduğunu qeyd edib. O, Azərbaycanı xüsusən həmişə günəşli havasına, dadlı yeməklərinə və mehriban insanlarına görə çox sevdiyini vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri