Aktrisa Oksana Rəsulova neft maqnatı, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Himayədar” adlı bədii filmdə rol alıb.
Oxu.Az xəbər verir ki, bu barədə aktrisa “Instagram” sosial şəbəkə hesabında məlumat yayıb. O, fotolar paylaşaraq çəkilişlərin tamamlandığını qeyd edib:
“Bakı Media Mərkəzinin istehsalı olan, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Himayədar” filminin uzunmüddətli çəkilişləri bitdi. Bu filmdə mənim iştirakım da oldu. Tarixdə çox dəyərli sənəti və əxlaqı ilə yadda qalan Məryam Sulkeviçin qəhrəmanını canlandırırdım. Bütün çəkiliş qrupuna təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən film ümumilikdə səkkiz seriyadan ibarət olacaq. Hər seriya bir saat davam edəcək.
Həmin görüntüləri təqdim edirik:
View this post on Instagram"Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- Maliyyə monitorinqi üçün məlumatların dairəsi müəyyən edildi
- Bərpaçı-heykəltaraş: "İlkin layihə üzrə 20 heykəlin təmizlənməsi işləri aparılacaq"
- Bakıda heykəli niyə cilalayırlar? - RƏSMİ AÇIQLAMA
- Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başa çatıb
- Erməni ifaçının mənimsədiyi "Qarabağ" mahnısı onun rəsmi "YouTube" kanalından silindi
Ən çox oxunanlarDigər xəbərlər
Rəylər