14 
Mar
2024
19:04
18
111
2705
Virtual karabakh

Türkiyəli müğənni Gökhan Özenə toxunmaq qadağan edildi - FOTO

14 Mar, 2024
19:04
2705

Türkiyəli müğənni Gökhan Özenə toxunmaq qadağan edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur türkiyəli müğənni Gökhan Özenin səhhətində ciddi problem yaranıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə ifaçı sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, İzmirdə konsert verdikdən sonra çox ciddi şəkildə infeksiyaya yoluxub. Müayinələrdən sonra həkim ona heç kimlə təmasda olmamaq barədə xəbərdarlıq edib.

“İzmir konsertindən sonra son üç gündür ki, ciddi infeksiyaya yoluxmuşam, yataqdayam. Həkimlərimizdən ciddi xəbərdarlıq almışam. İndi mənə imza günü yüzlərlə insanla əlaqə saxlamaq qadağandır. Mənə bu infeksiyaların epidemik xəstəliklərdən qaynaqlandığını və təmas yolu ilə keçdiyini izah etdilər. Konsertlərimdən sonra saatlarla sevdiklərimlə şəkil çəkdirməkdən həzz alıram. Amma konsertdən sonra bu kulis seanslarında tərim soyumamış yüzlərlə insanla saatlarla təmasda olduğum günlər məni ikinci dəfə yatağa məhkum etdi. Həkimlərimdən ciddi göstərişlər var, kədərlə bildirirəm ki, belə təmasları bitirirəm”, - deyə ifaçı təəssüflə bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri