Apr
2024
23:20
90
261
3959
Virtual karabakh

Müğənni Ayan Babakişiyeva: “İlhamə Quliyevanın mənə söz deməyə ixtiyarı çatmazdı” - VİDEO

1 Apr, 2024
23:20
3959

Müğənni Ayan Babakişiyeva: “İlhamə Quliyevanın mənə söz deməyə ixtiyarı çatmazdı” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Ayan Babakişiyeva “Xəbərin var?” verilişində maraqlı açıqlama verib. 

Oxu.Az xəbər verir ki, o mərhum müğənni İlhamə Quliyevanın öz həmkarları arasında söz-söhbət yaratdığını bildirib.

“İlhamə Quliyevanın vaxtında şou-biznesdə qalmaqallar daha çox idi. İlhamə xanım öz çevrəsini, yəni müğənnilərdən ibarət komandasını toplayıb deyirdi ki, sən filankəs müğənniyə efirdən söz atacaqsan. İlhamə xanım komandasında olan müğənnilərə müəyyən göstərişlər verirdi. Şou-biznesin qalmaqal mərkəzində bu komandalar olurdu”, - deyə o bildirib. 

Ayan qeyd edib ki, İlhamə Quliyeva ilə arasında həmişə sərhəd olub:  

“Onunla çərçivə və sərhəd saxlamışam. Heç kimin mənə səhnədə qadağa qoymağa ixtiyarı çata bilməzdi. Çünki məni bu sənətə İlhamə Quliyeva gətirməyib”.

Həmin görüntüləri təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri