Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
2023-cü ildə Azərbaycanın xarici siyasəti: Ceyhun Bayramov istiqamətləri açıqladı
“2023-cü il Azərbaycanın xarici siyasəti baxımından məzmunlu oldu. Azərbaycan özünün suverenliyini bərpa edib”.
Oxu.Az-ın məlumatına əsasən, bunu xarici işlər naziri Ceyhun Bayramov 2023-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, 2023-cü ildə Azərbaycan ikitərəfli münasibətlərini inkişaf etdirib. “Qonşu dövlətlərlə - Türkiyə, Rusiya, İran, Gürcüstanla ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirilib”, - deyə nazir əlavə edib.
Ceyhun Bayramov deyib ki, 2023-cü ildə Azərbaycana qarşı təhdidlər də olub, lakin düzgün və konstruktiv siyasət nəticəsində təhlükəsizlik təmin edilib.
Nazir deyib ki, Azərbaycan 2023-cü ildə Mərkəzi Asiya regionu ilə, Afrika regionu ilə, Çinlə, Avropa ilə əlaqələrini inkişaf etdirib.
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Özbəkistandan olan nazirləri qəbul edib
- Türkiyə, Azərbaycan və Özbəkistan arasında imzalanmış Ankara Bəyannaməsi nələri ehtiva edir?
- Ceyhun Bayramov: "Qəzzada əldə edilmiş atəşkəsin böyük önəmi var"
- Ceyhun Bayramov Cahit Bağçını diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
- Ceyhun Bayramov: "Azərbaycan çətin günlərdə Türkiyəyə istənilən yardıma hazırdır"