Dağıstan rəhbəri Ramzan Abdulatipov Azərbaycan ilə sərhədyanı əməkdaşlıq sahəsində gözəçarpacaq nəticələrin olmadığını hesab edir.
Oxu.Az “Daqestan” RİA-ya istinadən xəbər verir ki, bu barədə o, Milli məclisin sessiyasında bildirib.
“Burada demək olar ki, heç nə edilmir. Azərbaycan ilə heç bir müştərək layihə yoxdur, baxmayaraq ki, Azərbaycan fəal şəkildə inkişaf edən respublikadır. Biz öz coğrafi mövqeyimizi və beş dövlət ilə qonşuluğumuzu istifadə etmirik”.
Bununla yanaşı, qeyd olunub ki, Rusiya prezidenti Vladimir Putin Dağıstan rəhbərinin gələn ilin oktyabr ayında Xəzəryanı dövlətlərin regionlararası əməkdaşlığına dair Xəzər forumunun təşkil edilməsi ideyasını dəstəkləyib.