Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ABŞ Azərbaycanı sülh müqaviləsinə niyə tələsdirir?
"ABŞ-də baş verən hadisələrdən belə qənaətə gəlmişəm ki, ölkə hazırda panika içindədir. Panikanın səbəbləri ondan ibarətdir ki, Ukraynada istədiyinə nail ola bilmir, Cənubi Qafqazda artıq Gürcüstanı itirib. Gürcüstanın fərqli siyasi yol tutmaq qərarı Qərb və ABŞ-nin bu ölkəyə qarşı tam fərqli mövqe tutmasına gətirib çıxarıb".
Bunu Baku TV-nin departament rəhbəri Turan İbrahimov deyib.
"Hazırda Cənubi Qafqazda Azərbaycan, Türkiyə və Rusiyanın maraqlarına uyğun proses inkişaf edir. Bu proses də nəticə etibarilə Qərbin və ABŞ-nin istədiyi kimi deyil. Zəngəzur dəhlizinə kimin nəzarət edəcəyi çox vacibdir. Bu prosesin də uzanmasının səbəbi məhz budur. Qərb qətiyyən burada Rusiyanın söz sahibi olmasını istəmir. Bu prosesdən Rusiyanı çıxarmağa çalışır", - o qeyd edib.
Ətraflı Baku TV-nin süjetində:
"Zəngəzur dəhlizi" teqi üzrə xəbərlər
- Eybinə kor olmayan İran və lideri: Molla rejiminin əməlləri öz başında çatlayacaq
- Prezident müsahibəsində anti-Azərbaycan mövqeyində olanlara açıq mesajlar ünvanlayıb
- Tehranın "yanacaq oyunu"nun səbəbi: İrəvanın hədəfi
- Xronika: "Paşinyanın rabitəsiz çıxışlarında məkrli plan gizlənib"
- Türkiyə mediası Prezident İlham Əliyevin müsahibəsinə geniş yer ayırıb