Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ dövlət katibinin köməkçisi: “Bakıda müsbət və konstruktiv görüşlər oldu” - FOTO
“Bakıda müsbət və konstruktiv görüşlər oldu”.
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen Azərbaycana səfəri ilə bağlı özünün “X” hesabında paylaşımında bəyan edib.
O, ABŞ dövlət katibi Antoni Blinkenin sülh danışıqları üçün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovu və erməni həmkarı Ararat Mirzoyanı Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözlədiyini açıqlayıb.
“Prezident İlham Əliyevə dediyim kimi, ABŞ Mərkəzi Bankın sədrinin və energetika nazirinin səfərlərini alqışlayır, katib Blinken isə sülh danışıqları üçün xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanı tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir”, - deyə O`Brayen qeyd edib.
Had positive and constructive meetings in Baku. As I told President Aliyev, the U.S. welcomes visits by the Central Bank Governor and Energy Minister, and Secretary Blinken looks forward to hosting foreign ministers Bayramov and Mirzoyan in Washington soon for peace negotiations.
— Assistant Secretary Jim O'Brien (@StateEUR) December 7, 2023
"Antoni Blinken" teqi üzrə xəbərlər
- İranın ali rəhbəri Suriya ilə bağlı proqnozunu açıqlayıb
- Antoni Blinkendən İranla bağlı sensasiyalı bəyanat
- Qərbi Azərbaycan İcması: "ABŞ səfirliyi yaydığı açıqlama ilə ictimaiyyəti yanıltmağa cəhd edib"
- Antoni Blinken Türkiyəyə səfər edib
- Qərbi Azərbaycan İcması ABŞ-nin dövlət katibini Azərbaycanın daxili işlərinə qarışmamağa çağırdı