ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə yeni baş məsləhətçisi Lui Bono Azərbaycanda səfərdədir.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Bakıya səfəri çərçivəsində Lui Bono bir sıra dövlət rəsmiləri ilə görüşəcək. Səfərin məqsədi Ermənistanla Azərbaycan arasında sülh prosesini irəli çəkməkdir.
ABŞ diplomatı, həmçinin Ermənistan və Gürcüstana da səfər edəcək.