Dağlıq Qarabağ münaqişəsi dövründə insanların faciəvi ölümü ondan xəbər verir ki, münaqişənin hərbi həlli yolverilməzdir. Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi vəzifəsini icra edən Patrik Ventrel Vaşinqtonda keçirilən brifinqdə, ANS-in Vaşinqton bürosunun rəhbəri Sevinc Osmanqızının müvafiq suallarını cavablandırarkən söyləyib.
"Münaqişənin yalnız uzunmüddətli və sülh həlli yolu regionda sabitlik, çiçəklənmə və sülh gətirə bilər" , - Ventrel qeyd edib.
Onun sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir və sülhün əldə edilməsi üçün münaqişənin hər iki tərəfilə işləməyə hələ də qətiyyətlə sadiqdir.
www.anspress.com
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin