“2014-cü ildə keçirilən sərgidə biz cəmi 27 məhsul təqdim etmişdik. “ADEX 2016” sərgisində isə 260-dan artıq məhsul nümayiş etdirəcəyik”.
Oxu.Az APA-ya istinadən xəbər veri ki, bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.
O bildirib ki, "ADEX 2016" hərbi sərgisində açıq havada olan platformaların sahəsi daha da böyüyüb: “Sərgidə helikopterlər, qırıcılar nümayiş olunacaq”.
Nazir müavini sərgi zamanı bir sıra xarici şirkətlərlə müqavilə imzalanacağını da söyləyib.
A.M.