Azərbaycan prezidenti İlham Əliyev Aleksandr Dzasoxovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, A.Dzasoxov Azərbaycan və Rusiya Federasiyası xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə təltif edilib.