Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Anar Bağırov: "Bakıda Vəkillər Kollegiyasının yeni binası inşa ediləcək"
"Bakıda Vəkillər Kollegiyasının hesabına yeni bina inşa ediləcək".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 dekabr - Vəkil Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, keçmiş SSRİ dövründə vəkillik peşəsi müstəqil olmayıb:
"Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra vəkilliyə münasibət dəyişdi. Vəkillər Kollegiyası hər zaman cəmiyyətə daha yaxın olmağa çalışıb. Beynəlxalq əməkdaşlığı gücləndirmişik. Vəkilliyə gələn hüquqşünasların 70 faizdən çoxu gəncdir. Azərbaycan vəkilləri peşə sahəsində elektron xidmətlərə üstünlük verirlər. Bu, vəkillərin vaxtına qənaət etməsinə kömək olur".
A.Bağırov bildirib ki, Vəkillər Kollegiyası 7 min kvadratmetrdən çox əmlaka sahibdir:
"Hazırda Gəncə Şəhər Prokurorluğunun keçmiş binası bizə verilib. "Bakı Abadlıq Xidməti" MMC paytaxtda Vəkillər Kollegiyasının yeni binasını inşa edəcək. Bu işlər Vəkillər Kollegiyasının maliyyəsi hesabına həyata keçiriləcək".