Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun bu gün keçirilən iclasında Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərmək barədə qərar qəbul edilib.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya AŞPA-nın mətbuat katibi Francesc Ferrer məlumat verib.
O bildirib ki, missiyanın tərkibinə AŞPA-nın 13 üzvü daxildir.
Missiyaya İspaniyadan olan parlamentar Yordi Çukla rəhbərlik edəcək.
www.oxu.az