İspaniya parlamentarisi Pedro Aqramunt AŞPA-nın sədri vəzifəsinə təyin edilib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Aqramunt 2003-cü ildən Assambleyanın bir çox aparıcı Komitələrinin (sədrlik, daimi), eləcə də Assambleyanın nizamnamə orqanı Büronun tərkibinə daxil olub.
2010-cu ilin yanvar ayından AŞPA rəhbəri bir il müddətinə və yenidən bir il müddətinə seçilmək hüququ ilə parlamentarilərin səs çoxluğu ilə seçilir.