Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh prosesinə sadiq qalır
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülh prosesinə sadiq qalır.
Erməni KİV-nin yaydığı məlumata görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Piter Stano deyib.
“Biz Azərbaycan və Ermənistan rəhbərliyi ilə sıx təmasda olmuşuq, hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və problemlərin müstəsna olaraq sülh yolu ilə həllinə dəstəyimizi təkrarlamaqdan yorulmamışıq. Bizim kommunikasiya kanallarımız açıqdır. Aİ Şurasının Prezidenti Şarl Mişel, Ali Nümayəndə Jozep Borrel və Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar iki ölkə arasında sabit və davamlı sülhün yaradılmasında iştiraklarını davam etdirirlər”, - deyə o bildirib.
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Ərdoğan: "Aİ-yə üzvlük Türkiyənin strateji hədəfi olaraq qalır"
- Macarıstan və Slovakiya Gürcüstana qarşı sanksiyaların qarşısını alıb
- Aİ Gürcüstanla vizasız rejimi dayandıracaq?
- Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini təsdiqləyib