ABŞ-da fəaliyyət göstərən, Amerikada Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatının təbliği istiqamətində çalışan bitərəf, qeyri-kommersiya təşkilatı olan Azərbaycan Amerika Alyansı İlham Əliyevin seçkilərdə qələbəsi ilə bağlı press-reliz yayıb.
Oxu.Az xəbər verir ki, press-relizdə qeyd olunub ki, Azərbaycan-Amerikan Alyansı ABŞ və dünyadakı bir çox digər təşkilatlar və siyasətçilərə qoşulur və Azərbaycan Prezidenti İlham Əliyevi 9 oktyabrda keçirilən azad, açıq, şəffaf seçkilərdə inandırıcı qələbə münasibəti ilə təbrik edir.
Qeyd edək ki, Alyansın missiyasına Azərbaycan və Amerika xalqı arasında qarşılıqlı anlaşma və hörmət mühitinə dəstək təmin etmək daxildir.
Alyans akademik müzakirələr, mədəni proqramlar və siyasi söhbətlər vasitəsilə Azərbaycanla Amerika arasında davamlı tərəfdaşlığın təşviqi ilə məşğul olan əsas təşkilata çevrilmək niyyətindədir.