Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası və demarkasiyası komissiyasının görüşünün gecikmə səbəbi açıqlanıb.
2020-ci ildə Gürcüstan və Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı işlər davam etdiriləcək.
Bu barədə APA TV-yə müsahibəsində xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
X.Xələfov bildirib ki, fevral-mart aylarında görüşün baş tutmasına çalışılıb:
“Amma iş cədvəli ilə bağlı olaraq, bu görüş baş tutmayıb. Xüsusilə, regionda yeni yayılmış təhlükəli koronavirus bir çox planların təxirə salınmasına öz təsirini göstərib. Buna baxmayaraq, biz Gürcüstan tərəfi ilə mütəmadi olaraq əlaqədəyik. Mart ayının sonlarına yaxın komissiyanın Tbilisidə növbəti iclasının keçirilməsinin tarixini müəyyən edəcəyik. Yəqin ki, aprel ayından gec olmayaraq, komissiyanın iclasını keçirəcəyik. Komissiyanın iclasını ekspertlərin görüşü və digər müvafiq tədbirlər müşayiət edəcək”.