Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi – FOTO
Avqustun 19-da Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.
Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, görüşdə nazirlər regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb və hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Eyni zamanda qərar qəbul edilib ki, müdafiə nazirləri bu formatda hər altı aydan bir görüşsünlər.
Danışıqlardan sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib və müdafiə nazirləri üçtərəfli görüşün yekunları barədə medianı məlumatlandırıblar.