Azərbaycan Rusiyadan bir partiya “Msta-S” özüyeriyən artilleriya qurğusu alıb.
Vesti.Az xəbər verir ki, bu barədə AzeriDefence-yə hərbi mənbələrdən bildiriblər.
Məlumata görə, yeni texnikanın iyunun 26-da keçiriləcək hərbi paradda nümayişi planlaşdırılır.
“Msta-S” özüyeriyən artilleriya qurğusu artilleriya və minaatan batareyaları, tanklar və digər zirehli texnika, tank əleyhinə vasitələr, canlı qüvvə, hava hücumundan və raketdən müdafiə sistemləri, idarəetmə məntəqələrinin məhvi, həmçinin səhra müdafiə qurğularının dağıdılması, düşmənin ehtiyatlarının manevr imkanlarının qarşısının alınması üçün nəzərdə tutulub.
Qeyd edək ki, artilleriya qurğusu təxminən 30 km məsafədə hədəfləri məhv etmək iqtidarındadır
www.vesti.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin