CAR-ın Denel şirkəti Azərbaycanla iri çaplı antimaterial snayper tüfənglərin istehsalı layihəsində iştiraka maraqlıdır.
Bu barədə “AzeriDefence.com” saytına Denel şirkətindən məlumat verilib.
Azərbaycanın hərbi qurumlarından bu firmanın istehsalı olan NTW-20 snayper tüfənginə böyük maraq ifadə olunub və sifariş verilib.
Bununla yanaşı Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə Azərbaycanda həyata keçirilən 23 mm çaplı snayper tüfəngi layihəsi çərçivəsində silahın yaradılması və istehsalı ilə bağlı birgə fəaliyyətə dair ilkin razılıq əldə olunub.
Qeyd edək ki, snayper tüfənginin 20×82 mm (NTW 20) və 20×110 mm Hispano (NTW 20x110) patronlarından atəş açan modelləri mövcuddur.
Tüfənglərin effektiv atış məsafəsi müvafiq olaraq 1500 m (20x82 mm) və 1800 m (20x110 mm) təşkil edir.
www.azridefence.com
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin