Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycan nümayəndə heyəti Gürcüstanda keçirilən beynəlxalq konfransda iştirak edib - FOTO
Azərbaycan nümayəndə heyəti Gürcüstanın paytaxtı Tbilisidə “Cinayət məsələlərində bərpaedici ədliyyənin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.
“Report”un yerli bürosunun xəbərinə görə, tədbirə Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Baş Prokurorluğun, UNICEF-in Azərbaycan nümayəndəliyinin əməkdaşları qatılıblar.
Nümayəndə heyətinin üzvləri toplantı iştirakçılarına Azərbaycanda uşaq hüquqlarının, cinayət və inzibati xəta törətmiş uşaqların məsuliyyətə cəlb olunması, işlərin araşdırılması, istintaq və məhkəmə zamanı onların hüquqlarının qorunması, cəzasını çəkdikdən sonra azadlığa çıxanların adaptasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən layihələr barədə məlumat veriblər.
Konfransda Avropa ölkələrinin və Gürcüstanın bu sahədəki təcrübəsi ilə bağlı məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Vəkilə böhtan atan hüquqşünas cəzalandırıldı
- Obyektini icarəyə verən sahibkarların NƏZƏRİNƏ - Ali Məhkəmədən MÜHÜM QƏRAR
- Qubadlıda üç hərbçini qətlə yetirdiyinə görə ömürlük həbs olunan çavuşla bağlı qərar verilib
- Hansı hallarda cinayətə görə cəzadan daha yüngülü təyin edilə bilər?
- Jurnalistlər "Elektron məhkəmə"dəki məhdudiyyətlərlə bağlı İnam Kərimova müraciət ediblər