Azərbaycan prezidenti İlham Əliyev Estoniya prezidenti Toomas Hendrik İlvesə təbrik məktubu göndərib.
Oxu.Az-ın məlumatına görə, məktubda deyilir:
“Estoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.